Azərbaycanla Avropa birliyi arasında bağlanacaq starteji əməkdaşlıq müqaviləsi gecikir və ölkəmiz də Şərq tərəfdaşlığı çərçivəsində zəif addımlar atır.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Milli Məclisdəki çıxışı zamanı səsləndirib.
Belə ki, Azərbaycanla Avropa İttifaqı arasında gediş-gəlişin viza ilə tənzimlənməsi məsələsinə münasibət bildirən deputat bunun vətəndaşlara problem yaratdığını qeyd edib:
“Bunun nəticəsində bizim Avropa ölkələrinə də gediş-gəlişimiz viza ilə tənzimlənir. Avropa ölkələrinə viza almaq üçün sıraya düzülən və sənədlər toplamaq üçün əziyyət çəkən vətəndaşlarımıza yazığım gəlir. Nə qədər vətəndaş viza köməkliyi ilə bağlı müraciət edir. Çoxuna da imtina edilir”.
Millət vəkilinin sözlərinə görə, prosesə bizimlə eyni vaxtda başlamış bir sıra ölkələr artıq real nəticə əldə edib:
“Prosesə bizimlə eyni zamanda başlamış Ukrayna, Gürcüstan və Moldova Avropa ölkələrinə vizasız gedib-gələ bilirlər. Əlavə olaraq onlar azad ticarət razılaşmasından da istifadə edirlər ki, bu da 6 mindən çox yerli məhsullara şamil edilir. Bizim bazarımız isə Rusiyadır, o da kefi yaxşı olanda icazə verir, kefi pozulanda qadağa qoyur”.
Razi Nurullayev sözügedən məsələdə tədbirlərin görülməsinin vacibliyini də diqqətə çatdırıb:
“Onun üçün də bu tip ikitərəfli razılaşmanı yüksək qiymətləndirirəm. Son ay ərzində bu Qətər əmirliyindən sonra ikinci ölkədir. İstəyim isə budur ki, bu tip razılaşmalar üzərində sıx iş getsin və biz daha çox ölkə ilə viza razılaşması imzalayaq ki, vətəndaşlarımız viza növbəsinə dayanıb, sənəd toplayıb, sonunda isə imtina alıb şəxsiyyətini alçalmış hiss etməsin. Viza alan zaman alçaldılan Azərbaycan vətəndaşı hər birimizin heysiyyatına toxunur və toxunmalıdır”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:46 / 01.02.2022
Razi Nurullayev: “Bizim bazarımız Rusiyadır, o da kefi yaxşı olanda icazə verir, pozulanda qadağa qoyur”
Hazırda oxunan: Razi Nurullayev: “Bizim bazarımız Rusiyadır, o da kefi yaxşı olanda icazə verir, pozulanda qadağa qoyur”
Hazırda oxunan: Razi Nurullayev: “Bizim bazarımız Rusiyadır, o da kefi yaxşı olanda icazə verir, pozulanda qadağa qoyur”
58116
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.