Tovuzda yol qəzası: Sürücülərdən biri öldü

Tovuzda yol qəzası: Sürücülərdən biri öldü

Hazırda oxunan: Tovuzda yol qəzası: Sürücülərdən biri öldü

58076

Tovuz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Tovuz-Qovlar avtomobil yolunda hərəkətdə olan “Ford” markalı yük maşını ilə “VAZ-21074” markalı avtomobili toqquşub. 

Hadisə nəticəsində xəsarət alan “VAZ-21074” markalı avtomobilin sürücüsü Tovuz Rayon
Mərkəzi Xəstəxanasına aparılıb. 

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO