Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü - FOTO/VİDEO

Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü - FOTO/VİDEO

Hazırda oxunan: Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü - FOTO/VİDEO

580705

Tanınmış jurnalistlər Əli Vəliyev və Vasif Həsənli Özbəkistanda bir sıra görüşlər keçiriblər.

Bizim.Media xəbər verir ki, “Demokrat.az” saytının baş redaktoru Vasif Həsənli, "Manset.az” xəbər portalının baş redaktoru Əli Vəliyev və "Recepta" MMC-nin direktoru, iş adamı Fuad Heydərlinin Özbəkistanda Azərbaycan Respublikasının bu ölkədəki səfiri Hüseyn Quliyevlə görüşləri baş tutub.

Görüş ərəfəsində ölkəmizlə bağlı bir sıra faydalı müzakirələr aparılıb.

Bu gün isə Özbəkistan Dövlət Jurnalistika və İnnovativ Kommunikasiyalar Universitetində görüşlər davam edib.

Universitetin rektoru, professor Şirzadxan Qüdrətxocayev Əli Vəliyev, Vasif Həsənli və Fuad Heydərlini qəbul edib.
 

Görüşdə Azərbaycan–Özbəkistan əlaqələri ilə bağlı qarşılıqlı müzakirələr aparılıb, hədiyyələr təqdim edilib. Daha sonra Özbəkistanın adıçəkilən universiteti ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.


Universitetin prorektorları və dekanları jurnalistləri müşayiət edərək onları universitetlə tanış ediblər.












 











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO