Avtomobili yüksək sürətlə idarə edən sürücülərə XƏBƏRDARLIQ – FOTO

Avtomobili yüksək sürətlə idarə edən sürücülərə XƏBƏRDARLIQ – FOTO

Hazırda oxunan: Avtomobili yüksək sürətlə idarə edən sürücülərə XƏBƏRDARLIQ – FOTO

580675

“Yolda yüksək sürətlə hərəkət edən sürücülərin ətrafı qavrama qabiliyyəti kəskin zəifləyir. Sürət artdıqca görmə bucağı daralır, diqqət isə yalnız qarşıda görünən məhdud sahəyə yönəlir. Bu hal “yüksək sürət korluğu” kimi tanınır və təhlükələrin vaxtında nəzərə alınmasını çətinləşdirir”.

Bizim.Media xəbər verir ki, bunu BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, araşdırma göstərir ki, yüksək sürət zamanı bu hallar baş verir:
 

“Periferik görmə zəifləyir, bununla da yolkənarında baş verən dəyişikliklər daha gec qəbul olunur. Həmçinin reaksiya müddəti azalır, nəticədə qəfil yaranan təhlükəyə vaxtında müdaxilə etmək çətinləşir. Bundan başqa, tormoz məsafəsinin artması ilə toqquşmanın qarşısını almaq mümkün olmur və nəticələr daha ağır olur”.


“Sürət hədlərinin müəyyən edilməsində məqsəd nəqliyyatın hərəkətini məhdudlaşdırmaq deyil, insan həyatını qorumaqdır. Buna görə sürücülərin yolun vəziyyətini, hava şəraitini və hərəkət intensivliyini nəzərə alaraq müəyyən olunmuş sürət limitlərinə ciddi əməl etməsi vacibdir.

Yollarda təhlükəsizliyiniz üçün sürətə yox, təhlükəsizliyə üstünlük verin”- R.Tağıyev çağırış edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO