25 il məhkumluq həyatı yaşayan narkotacir saxlanıldı - FOTO

25 il məhkumluq həyatı yaşayan narkotacir saxlanıldı - FOTO

Hazırda oxunan: 25 il məhkumluq həyatı yaşayan narkotacir saxlanıldı - FOTO

58061

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutularaq istintaqa təhvil verilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğu üçün, eləcə də quldurluq və oğurluq əməllərinə görə ümumilikdə 25 il məhkumluq həyatı yaşayan Hafiz Məhərrəmli idarə etdiyi “Ford” markalı avtomobillə birgə saxlanılıb.

Nəqliyyat vasitəsinə baxış keçirilərkən oturacağın altında satış məqsədilə gizlətdiyi 20 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana da baxış keçirilib. Oradan isə sellofan torbada saxladığı 300 qram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

H.Məhərrəmli barəsində Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və məhkəmənin də qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO