DİN əməliyyat keçirdi: 6 nəfər həbs edildi – FOTO

DİN əməliyyat keçirdi: 6 nəfər həbs edildi – FOTO

Hazırda oxunan: DİN əməliyyat keçirdi: 6 nəfər həbs edildi – FOTO

580560

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olunan şəxslər saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.

Abşeron, Suraxanı, Sabunçu və Xəzər rayonlarında keçirilən növbəti tədbirlər zamanı əvvəllər məhkum olunan Araz Firidunbəyli, Arzu Hüseynov, Nahid Mənsimov, Vüsal Əliyev, Şəmistan Rəfili və Adil Ağazadə saxlanılıblar.

Onlardan 21 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 600 ədəd metadon həbi aşkarlanıb.
 

Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin olunan nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.


Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO