Göygöldəki Nizami Gəncəvi abidəsi baxımsız vəziyyətdədir

Göygöldəki Nizami Gəncəvi abidəsi baxımsız vəziyyətdədir

Hazırda oxunan: Göygöldəki Nizami Gəncəvi abidəsi baxımsız vəziyyətdədir

58008

Göygöldəki Nizami Gəncəvi abidəsinin baxımsız vəziyyətdə olması ilə bağlı redaksiyamıza məlumat daxil olub. Moderator.az həmin müraciəti olduğu kimi təqdim edir:

“870 illiyi təntənə ilə qeyd olunan Nizami Gəncəvi hər bir Azərbaycanlı üçün əzizdir. Dövlətimiz tərəfindən dünyanın hər bir tərəfində Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsi və təbliği üçün silsilə tədbirlər keçirilir. Artıq əminliklə deyə bilərik ki, farsların Nizami Gəncəviyə sahib çixması və onu fars şairi kimi təqdim etmək istəyi fiaskoya uğrayıb. Dünya Nizamini Azərbaycanın dahi şairi kimi qəbul edir.

Bütün bunlara baxmayaraq turistlərin ən çox axın etdiyi Göygöl rayonunda Nizami Gəncəvinin abidəsi məzara oxşar formada hazırlanıb və heykəlin özü də digər büstlərdən fərqlənir. Hətta bəzi başbilənlər iddia edirlər ki, Nizami Göygöldə dəfn olunub. Bununla yanaşı Xəmsə adı altında Xəqani, Nizami və Məhsətinin şəkilləri əks olunmuş abidənin də nə məqsəd daşıdığı heç kəsə bəlli deyil. Bu yalnız və yalnız insanları çaşdırmağa xidmət edir. Göygöl Rayon Icra Hakimiyyəti bu rəzalətə son qoysa çox yaxşı olar”.

 

Göygöldəki Nizami Gəncəvi abidəsi baxımsız vəziyyətdədir Göygöldəki Nizami Gəncəvi abidəsi baxımsız vəziyyətdədir
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO