Azərbaycanda boşanmaq neçəyədir? - Vəkil rüsumları AÇIQLADI

Azərbaycanda boşanmaq neçəyədir? - Vəkil rüsumları AÇIQLADI

Hazırda oxunan: Azərbaycanda boşanmaq neçəyədir? - Vəkil rüsumları AÇIQLADI

579929

Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 3414 boşanma halları qeydə alınıb. Bu rəqəm ötən illə müqayisədə aşağı-yuxarı oxşar olub.

Bir çox vətəndaşlar boşanma zamanı hüquqi cəhətdən çətinlik çəkirlər. Boşanma prosesi zamanı hara, necə müraciət edilməlidir, bunun üçün tələb olunan məbləğ nə qədərdir, boşanma necə həyata keçirilir və bu kimi suallara cavab tapmağa çalışdıq.

Bizim.Media xəbər verir ki, Oxu24.com suallarla bağlı vəkil Şəms Mirzəyevaya müraciət edib.

O, sayta açıqlamasında boşanmanın hüquqi yollarını və dövlət rüsumlarının məbləğini açıqlayıb.
 

Vəkilin sözlərinə görə, boşanma prosesi istəyən şəxs iki mərhələdən keçməlidir. Bunlar mediasiya və məhkəmə mərhələsidir. Əgər tərəflərin 18 yaşa çatmamış ortaq uşağı varsa, onlardan biri boşanmağa narazıdırsa, bu halda boşanma birmənalı olaraq məhkəmədə baş tutmalıdır. Çünki ortada mübahisə var.


Məhkəmədə boşanma ilk olaraq mediasiyadan keçməlidir. Bu mərhələdən sonra məhkəməyə müraciət olunmalıdır. Boşanma zamanı tələb olunan ümumi dövlət rüsumu 100 AZN-dir. Təbii olaraq boşanma məsələlərində vəkilə müraciət olunmalıdır.

Tələb olunan hüquqi addımlar vəkilin vasitəsi ilə atılmalıdır. Vəkilə ödənilən məbləğə gəldikdə isə, bu rəqəm fərqli ola bilər.

Adətən vəkilə ödənilən məbləğ tərəflər arasında razılaşma əsasında müəyyən edilir”, - deyə vəkil Şəms Mirzəyeva bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO