Quba-Xaçmaz yolunun Qubanın Alekseyevka kəndi ərazisindən keçən hissəsində “VAZ-2107” markalı avtomobil udarəetməni itirərək ağaca çırpılıb.
Bizim.Media xəbər verir ki, nəticədə sürücü, 23 yaşlı Xaçmaz rayon sakini Şahbala Asəf oğlu Mehdiyev hadisə yerində ölüb.
Onun sərnişini Ceyhun Süleymanov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba mərkəzi,xəstəxanasına çatdırılıb.
Hadisə toy karvanında baş verib.
Fakta görə Quba polis şöbəsində araşdırma başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu


































































































