Hacıqabul rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsi ərazisində qeydə alınıb.
Yolda hərəkətdə olan VAZ-21011 və "Hyundai" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb ediliblər.
Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir. (Oxu.az)
Bizim.Media


































































































