Tural Güləhmədov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Tural Güləhmədov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Hazırda oxunan: Tural Güləhmədov yüksək vəzifəyə TƏYİN EDİLDİ

579288

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyəti sədrinin müşavir təyin edilib.

Bizim.Media xəbər verir ki, Tural Güləhmədov müvafiq vəzifəyə təyin edilib.

Qeyd edək ki, Tural Güləhmədov 1981-ci ildə Sumqayıt şəhərində doğulub. Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya İqtisadiyyatı fakültəsinin magistratura pilləsini bitirib.
 

Əmək fəaliyyətinə 2005-ci ildə Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergi İdarəsində müfəttiş vəzifəsi ilə başlayıb. 2012-2018-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində məsləhətçi, böyük məsləhətçi vəzifələrində çalışıb.


2018-ci ilin iyul ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyinat alıb.

2019-cu ildən isə karyerasını nazirliyin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin İnnovativ həllər sektorunda aparıcı məsləhətçi kimi davam etdirib.
 

2023-cü ilin oktyabr ayında DOST Agentliyinin DOST Xidmətləri departamentinin müdir müavini vəzifəsinə təyinat alan Tural Güləhmədov 2024-cü ilin mart ayına qədər həmin vəzifədə çalışıb.


1 mart tarixində İdarə Heyətinin sədri Fərid Məmmədovun imzaladığı əmrə əsasən, Agentliyin Daxili nəzarət və audit departamentinin müdiri vəzifəsinə təyinat alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO