ADNSU rəhbərliyi Zəfər Günü ərəfəsində şəhid məzunların ailələrini ZİYARƏT ETDİ – FOTO

ADNSU rəhbərliyi Zəfər Günü ərəfəsində şəhid məzunların ailələrini ZİYARƏT ETDİ – FOTO

Hazırda oxunan: ADNSU rəhbərliyi Zəfər Günü ərəfəsində şəhid məzunların ailələrini ZİYARƏT ETDİ – FOTO

579238

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov və universitetin nümayəndə heyəti Zəfər Günü ərəfəsində 44 günlük Vətən müharibəsində şəhid olmuş universitet məzunlarının ailələrini ziyarət edib.

Bizim.Media xəbər verir ki, görüşlər zamanı rektor Rüfət Əzizov şəhid ailələrinin qayğı və ehtiyacları ilə maraqlanıb, Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan danışıb.
O qeyd edib ki, hərbçilərimizin, o cümlədən şəhidlərimizin göstərdiyi igidlik nəticəsində bu gün suveren Azərbaycanın hər yerində üçrəngli bayrağımız qürurla dalğalanır.

Rektor vurğulayıb ki, ADNSU şəhid məzunlarının ailələrini daim diqqətdə saxlayır və onları universitet ictimaiyyətinin ayrılmaz bir hissəsi kimi dəyərləndirir.

Universitet nümayəndələri paytaxtla yanaşı, Qazax, Ağstafa, Şəki, Oğuz, Neftçala, Salyan və digər rayonlarda yaşayan şəhid ailələrini də ziyarət edərək ADNSU kollektivi adından ehtiramlarını bildiriblər. Ziyarətlər zamanı şəhidlərin xatirə abidələri önünə gül dəstələri qoyulub.

Qeyd edək ki, Vətən müharibəsində ADNSU-nun 23 məzunu şəhidlik zirvəsinə ucalıb. Şəhid valideynləri göstərilən diqqət və hörmətə görə minnətdarlıqlarını bildirərək, övladlarının təhsil aldığı universiteti hər zaman özlərinə doğma ocaq kimi gördüklərini qeyd ediblər.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO