Bu gün Salyan və Sabirabad rayonlarının bir sıra kəndlərində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Bizim.Media-ya "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, dövlət proqramı çərçivəsində günəş elektrik stansiyasına 330 kV-luq elektrik veriliş hava xəttinin çəkilişi ilə əlaqədar Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində magistral xətt "Azərişıq" ASC-nin hava xətləri ilə kəsişir.
Bununla əlaqədar olaraq noyabrın 6-da saat 11:00-dan 14:00-dək Salyan və Sabirabad rayonlarının Salmanlı, Cəngan, Muğangəncəli, Çiçəkli, Qaraçala, Çadırlı, Pambıqkənd, Bəşirbəyli, Yolüstü, Varlı 1-2, Düzənlik, Peyk, Uluxanlı kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri tamamlandıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:47 / 06.11.2025
DİQQƏT! Salyan və Sabirabadın bəzi kəndlərində işıq olmayacaq
Hazırda oxunan: DİQQƏT! Salyan və Sabirabadın bəzi kəndlərində işıq olmayacaq
Hazırda oxunan: DİQQƏT! Salyan və Sabirabadın bəzi kəndlərində işıq olmayacaq
579176
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































