Siyasi baxımdan Ermənistan və Azərbaycan arasındakı münaqişə artıq başa çatıb, iki ölkə arasında sülh bərqərar olub, lakin əsas çətinlik artıq diplomatiyada deyil, “yeni reallığı dərk etməkdədir”.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən illik beynəlxalq “Orbeli: sülhün qurulması və çoxtərəfli əməkdaşlıq” forumunda çıxışı zamanı bildirib.
“Mən sülhdən danışanda bu, bir çoxlarına qəribə, hətta yad görünür. Sülh — Ermənistan və Azərbaycan üçün tanış olmayan anlayış, yeni bir mühitdir,” — deyə baş nazir qeyd edib.
O vurğulayıb ki, onilliklər davam edən münaqişə ərzində hər iki tərəf bir-birini yalnız qarşıdurma prizmasından görməyə öyrəşib. SSRİ dağıldıqdan sonra isə məhz münaqişə hər iki ölkənin siyasi sistemlərinin, ictimai əhval-ruhiyyəsinin və milli kimliyinin formalaşmasına təsir göstərib.
“Müstəqillik əldə etdiyimiz andan etibarən cəmiyyətlərimiz sülhün nə olduğunu bilmirdi.
Münaqişə bizim düşüncəmizi, siyasətimizi və xalqlar arasındakı münasibətləri müəyyən edirdi,” — deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, buna görə də siyasi mənada münaqişənin başa çatması ictimai şüurun dərhal dəyişməsi demək deyil. Uzun illər davam edən düşmənçiliyin aradan qaldırılması vaxt, dialoq və qonşuluq anlayışına yeni yanaşmalar tələb edir.
Bizim.Media

- A-
 - A
 - A+
 
Cəmiyyət
							11:54 / 04.11.2025
							
						Azərbaycanla Ermənistan arasında düşmənçilik nə vaxt aradan qaldırılacaq?
						
							
								Hazırda oxunan: Azərbaycanla Ermənistan arasında düşmənçilik nə vaxt aradan qaldırılacaq?							
						
					
					
					
								Hazırda oxunan: Azərbaycanla Ermənistan arasında düşmənçilik nə vaxt aradan qaldırılacaq?							
						578800
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					




























































































