Xəbər verdiyimiz kimi ötən gecə Göygöldə 2 nəfərin ölümü, iki nəfərin xəsarəti ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
MÖVZU İLƏ BAĞLI:
Göygöldə keçmiş sinif yoldaşları QƏZAYA DÜŞDÜ – Ölənlər var - FOTO/VİDEO
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə zamanı avtomobildə olanlardan biri tərəfindən lentə alınan video götrüntülərdə sürücünün maşını çox yüksək sürətdə idarə etdiyi, sərnişinlərdən birinin sürəti aşağı etməsini istəməsi əks olunub:
"Tikəmizi də tapmayacaqlar, yavaş sür".
Sürücü maşını  220 km/saat sürəti ilə sürərkən idarəetməni itirir. Nəticədə "Mercedes" markalı avtomobil yol kənarındakı dəmir maneəyə çırpılır.
 
Qeyd edək ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Göygöl rayonu ərazisinin Bəhrambağ-Yeni Qızılca ərazisində qeydə alınıb.
Qəza zamanı sürücü Elvin Məmmədov (1998), sərnişin Vüqar Alıyev (2009) hadisə yerində ölüblər. Digər sərnişinlər
Sənan Əsgərov (2008) və Tunar Süleymanov (2009) ağır vəziyyətdə Gəncədəki, xəstəxanalardan birinə çatdırılıb.
Faktla bağlı araşdırmalar davam edir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
					
























































































