Ramiz Mehdiyevin həbs olunan köməkçisi Eldar Əmirov KİMDİR?

Ramiz Mehdiyevin həbs olunan köməkçisi Eldar Əmirov KİMDİR?

Hazırda oxunan: Ramiz Mehdiyevin həbs olunan köməkçisi Eldar Əmirov KİMDİR?

578618

Xəbər verdiyimiz kimi, AMEA Prezidenti katibliyinin keçmiş rəisi, Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışmış Eldar Əmirov həbs olunub. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Eldar Əmirov kimdir?

Bizim.Media xəbər verir ki, o, Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri işlədiyi dövrdə onun “sağ əli” olub.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirov da həbs edildi


2013-cü ildən etibarən Ramiz Mehdiyevin “müəllifi olduğu” kitab və məqalələrin əksəriyyətini məhz Eldar Əmirov yazıb. Belə ki, Ramiz Mehdiyevin 2015-ci ildə çap olunan "Tarixi idrakın elmiliyi problemlərinə dair” və "Dünya nizamından nizamsızlığa doğru” əsərlərinin müəllifinin də əslində Eldar Əmirov olduğu bildirilir.  

2019-cu ildə Ramiz Mehdiyev AMEA-ya rəhbərlik etməyə başladıqdan sonra Eldar Əmirova da Akademiyada vəzifə verilib. O, yeni yaradılan AMEA Prezidentinin Katibliyinin rəisi vəzifəsinə təyin olunub. Həmin dövrdə AMEA-nı “defakto” Eldar Əmirov idarə edib.
 

Eldar Əmirov 2022-ci ilin fevralında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirləndirilib. Onun barəsində Yasamal rayon Məhkəməsinin qərarı ilə 30 sutka həbs qərarı verilib.


2022-ci ilin aprelində isə o, AMEA Prezidentinin Katibliyinin rəisi vəzifəsindən azad edilib. 

Əslən Ağdam rayonundan olan Eldar Əmirovun 40 yaşı var. O, siyasi elmlər üzrə fəlsəfə doktorudur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO