Piyadalara XƏBƏRDARLIQ – “Bu, birbaşa ölümə aparan addımdır” – VİDEO

Piyadalara XƏBƏRDARLIQ – “Bu, birbaşa ölümə aparan addımdır” – VİDEO

Hazırda oxunan: Piyadalara XƏBƏRDARLIQ – “Bu, birbaşa ölümə aparan addımdır” – VİDEO

578337

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

Bizim.Media müraciəti təqdim edir:

"Yollarda hər bir hərəkət iştirakçısının davranışı birbaşa təhlükəsizlik mühitinə təsir edir.

Xüsusilə piyadalar üçün bu məsuliyyət daha da böyükdür, çünki onlar yolun ən müdafiəsiz iştirakçılarıdır.
 

Təəssüf ki, müşahidələrə görə bəzi hallarda piyadalar müəyyən edilmiş keçidlərdən istifadə etmədən, nəqliyyat vasitələri üçün yüksək sürət nəzərdə tutulan yol sahələrini keçməyə cəhd edirlər. Belə addımlar, sözün əsl mənasında, birbaşa ölümə doğru atılan addımlardır.


Sürücü yüksək sürətlə hərəkət edərkən, qəfil qarşısına çıxan piyadanı görsə belə, avtomobilin tam dayanması üçün müəyyən məsafəyə ehtiyac duyulur. Fiziki olaraq belə hallarda qəzanın qarşısının alınması çox vaxt mümkün olmur.

Bu səbəbdən, yolun hərəkət hissəsinə məsuliyyətsiz daxil olmaq təkcə qayda pozuntusu deyil, həm də həyatı riskə atmaq deməkdir.
 

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək, yol hərəkəti qaydalarına ciddi yanaşmağı, yalnız piyada keçidləri və işıqforla tənzimlənən yerlərdən istifadə etməyi, eyni zamanda, avtomobil axınının sıx və sürətli olduğu yollarda ehtiyatlı olmağı tövsiyə edir.


Unutmayaq ki, bir anlıq tələskənlik bəzən geri dönüşü olmayan faciəyə gətirib çıxarır".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO