Pulla xaricdə sığınacaq almanı təşkil etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayır

Pulla xaricdə sığınacaq almanı təşkil etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayır

Hazırda oxunan: Pulla xaricdə sığınacaq almanı təşkil etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayır

578266
Azərbaycan vətəndaşlarına qarşı pulla xaricdə sığınacaq almaq adı altında dələduzluq etməkdə təqsirləndirilən Xanəli Əziz və Zakir Əmirovun məhkəməsi başlayır.
 
Onların cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Siyavuş Hacıyevin icraatına verilib.
 
Qeyd edək ki, X.Əziz və Z.Əmirov bir neçə Azərbaycan vətəndaşına Kanada, ABŞ və Avropa ölkələrində siyasi sığınacaq almağa kömək edəcəkləri vədini veriblər və bunun müqabilində külli miqdarda pul alıblar. Lakin onlar vədlərini yerinə yetirməyiblər.
 
Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO