Qazlı içkilər, peçenye və kolbasa bağırsaq xərçəngi riskini artırır. Uşaqlar, xüsusən oğlanlar və kişilər şirniyyat, qazlı içkilər və kolbasa istehlakını mümkün qədər məhdudlaşdırmalıdırlar.
Bizim.Media Medicina.az-a istinadən xəbər verir ki, amerikalı tədqiqatçıların son araşdırmasına görə, peçenye və ekler, qazlı içkilər, kolbasa, salami və müxtəlif növ şirniyyatlar kişilərdə bağırsaq xərçəngi riskini artırır.
Qeyd olunub ki, bunlar ultra emal olunmuş qidalardır, bu kateqoriyaya həmçinin hazır şorbalar, şirin və duzlu qəlyanaltılar da daxildir. 
Amerikalı tədqiqatçılar təxminən 46 min kişi və 160 min qadını əhatə edən uzunmüddətli müşahidə tədqiqatının məlumatlarını araşdırdılar.
Tədqiqat iştirakçıları 28 il ərzində izlənilib və bu dövrdə onların arasında 3216 yoğun bağırsaq şişi halı müəyyən edilib. Bostondakı Tufts Universitetinin tədqiqatçıları iştirakçıların pəhrizlərini hər dörd ildən bir doldurduqları anketlərdən istifadə edərək qiymətləndiriblər.
Məlum olub ki, ən çox ultra emal olunmuş qidalar istehlak edən kişilərin yoğun bağırsaq xərçənginə tutulma ehtimalı ən az yeyənlərə nisbətən 29% daha yüksəkdir. Qadınlar arasında belə bir əlaqə tapılmayıb. Lakin tədqiqatçılar ultra emal olunmuş qidaların alt qruplarını araşdırdıqda, ən çox emal olunmuş qidalar istehlak edənlərin yoğun bağırsaq xərçənginə tutulma riskinin ən az yeyənlərə nisbətən 17% daha yüksək olduğunu aşkar ediblər.
Bizim.Media 

- A-
- A
- A+
Cəmiyyət
							08:46 / 31.10.2025
							
						Hər gün yediyimiz bu 3 qida bağırsaq xərçəngi yaradır
						
							
								Hazırda oxunan: Hər gün yediyimiz bu 3 qida bağırsaq xərçəngi yaradır							
						
					
					
					
								Hazırda oxunan: Hər gün yediyimiz bu 3 qida bağırsaq xərçəngi yaradır							
						578127
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
 
					




























































































