Milli parkların ərazisində mühafizə rejimi pozuldu

Milli parkların ərazisində mühafizə rejimi pozuldu

Hazırda oxunan: Milli parkların ərazisində mühafizə rejimi pozuldu

57782

Ağgöl Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz balıq ovuna cəhd edən şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

Araşdırma zamanı brakonyerin Ağcabədi şəhər sakini Elçin Mustafayev olduğu müəyyən edilib.

Şahdağ Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı isə milli parkın İsmayıllı bölməsinin ərazisində mühafizə rejimini pozan İsmayıllı rayon sakini Tərlan Qormuqov saxlanılıb.

A.Səmədovanın sözlərinə görə, hər iki faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO