AMEA-da mənimsəmə və sui-istifadə halları ARAŞDIRILIR

AMEA-da mənimsəmə və sui-istifadə halları ARAŞDIRILIR

Hazırda oxunan: AMEA-da mənimsəmə və sui-istifadə halları ARAŞDIRILIR

577813

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) araşdırmalar davam edir.

Bizim.Media “Apa.az”a istinadən xəbər verir ki, araşdırma AMEA prezidenti İsa Həbibbəylinin rəhbərlik etdiyi dövrü, eyni zamanda, daha öncəki rəhbərlərin (Ramiz Mehdiyev, Akif Əlizadə) fəaliyyət illərini əhatə edir.

Araşdırmanın Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən aparıldığı bildirilir. İstintaq AMEA-da mənimsəmə və sui-istifadə hallarının olub-olmamasını araşdırır.
 

Qeyd edək ki, indiyədək AMEA-da baş verən qanun pozuntuları ilə bağlı fərqli illərdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müxtəlif cinayət işləri istintaq olunub.


Baş prokuror Kamran Əliyev də oktyabrın 1-də mətbuata açıqlamasında AMEA-da ayrı-ayrı vaxtlarda baş verən qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparıldığını bildirmişdi.

O, cinayət işlərinin bir neçə istiqamət üzrə araşdırıldığını açıqlamışdı:

“Məndə olan məlumata görə, artıq bəzi epizodlar üzrə ibtidai istintaq yekunlaşıb. Həmin cinayət işləri baxılması üçün məhkəməyə göndərilib”.

Hazırda isə sözügedən qurumdakı qanun pozuntuları ilə bağlı başqa cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO