Sürücü avtobusu yolun ortasında saxlayıb siqaret çəkdi – VİDEO

Sürücü avtobusu yolun ortasında saxlayıb siqaret çəkdi – VİDEO

Hazırda oxunan: Sürücü avtobusu yolun ortasında saxlayıb siqaret çəkdi – VİDEO

577677

Sosial şəbəkələrdə 525 saylı marşrut xəttində hərəkət edən avtobusun sürücüsünün dayanacaqda düşərək siqaret çəkdiyini əks etdirən görüntülər yayılıb. Həmin vaxt sərnişinlər avtobusun içərisində gözləməli olublar.

Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı Baku TV-yə açıqlama verən adıçəkilən marşrut üzrə məsul şəxs Şadət Şahverdiyev bildirib ki, hadisə sürücünün rəqib marşruta görə vaxtından tez əraziyə çatması ilə əlaqədardır:

"525 saylı marşrut 506 ilə eyni istiqamətdə işləyir. Rəqib marşruta görə oraya tez gəlirlər. Məsələn, əgər məsafəni 27 dəqiqəyə qət etməlidirlərsə, bəzən 24 dəqiqəyə çatırlar və bu zaman 3 dəqiqəlik fasilə yaranır. Həmin müddətdə sürücü dayanacaqda gözləyir, su alır, bəzən də siqaret çəkir".

O əlavə edib ki, sürücü vaxtından tez gəldiyi üçün dayanacaqda qalmalı olub:

"Sürücü onsuz da gözləməli idi. Əgər avtobusda oturub gözləsə, siqaret çəkməsəydi, kimsə cırnamazdı".

Daha ətraflı Baku TV-nin süjetində:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO