Naxçıvan Qarnizonu Qoşunlarında müşavirə keçirildi - FOTO/VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında müşavirə keçirildi - FOTO/VİDEO

Hazırda oxunan: Naxçıvan Qarnizonu Qoşunlarında müşavirə keçirildi - FOTO/VİDEO

57763

2021-ci tədris ilini uğurla başa vuran Naxçıvan Qarnizonu Qoşunlarında 2022-ci yeni tədris ilinə hazırlıq planına uyğun olaraq müxtəlif ixtisaslar üzrə toplantılar keçirilib.

Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, komandir heyətinin bilik və bacarıqlarının, nəzəri və praktiki vərdişlərinin təkmilləşdirildiyi toplantılara müxtəlif ixtisaslı və kateqoriyalı komandirlərlə yanaşı komandir müavinləri də cəlb edilib. 

Toplantı iştirakçılarından ümumqoşun, ixtisas və fiziki hazırlıqdan məqbullar götürülüb.

2022-ci tədris ilinə hazırlıq tədbirləri çərçivəsində birləşmə və hissələrdə şəxsi heyətə sıra baxışı keçirilib, bölmələrin maddi-tədris bazaları və tam təchizatı yoxlanılıb.

Toplantılar başa çatdıqdan sonra 2021-ci tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib.

Müşavirədə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və ordu quruculuğundan bəhs edən “Ordumuz qürurumuzdur” adlı film nümayiş etdirilib.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO