Məcburi köçkünlərə tikilən daha 15 mənzil SATILIB

Məcburi köçkünlərə tikilən daha 15 mənzil SATILIB

Hazırda oxunan: Məcburi köçkünlərə tikilən daha 15 mənzil SATILIB

577127

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin satışa çıxardığı 1057 mənzilin satışı davam edir.

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin sosial layihəsi olan mənzil satışı davam edir və son bir ayda daha 15 mənzil satılıb.
 

Qeyd edilib ki, mənzillər Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarındadır:


“Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.

Hər biri 3 və 4 otaqlı olan bu mənzillərin satışı ms.sosial.gov.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Mənzillər tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır.

Onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar”.

“Mənzillərdən almaq istəyən şəxslər qeyd edilən portala daxil olaraq mənzillərlə tanış ola, almaq istədiyi mənzili seçərək onu portaldakı “Bron et” düyməsini sıxmaqla bron edə bilər.
 

Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır.


Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır, ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var. Əgər ilk bron etmiş şəxs mənzili almaqdan imtina etdikdə, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçir.
 

Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır”, - deyə məlumatda qeyd olunub.


Bildirilib ki, bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər”

“Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib”.

Vətəndaşlar əlavə məlumat əldə etmək üçün 142-Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO