Azərbaycanda 71 yaşlı qadın sükan arxasında - Taksidə yaş məhdudiyyəti yoxdur?

Azərbaycanda 71 yaşlı qadın sükan arxasında - Taksidə yaş məhdudiyyəti yoxdur?

Hazırda oxunan: Azərbaycanda 71 yaşlı qadın sükan arxasında - Taksidə yaş məhdudiyyəti yoxdur?

577043

Azərbaycanda taksi sürücüləri üçün maksimum yaş həddi müəyyən edilməyib. Bu isə bəzən cəmiyyətdə yaşlı şəxslərin taksi fəaliyyəti ilə məşğul olmasının nə dərəcədə təhlükəsiz olduğu barədə suallar doğurur.

Məsələn, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən verilən məlumata əsasən, hazırda ölkədə ən yaşlı taksi sürücüsü 71 yaşlı qadındır.

Yaşlı şəxslərin daimi avtomobil idarə etməsi riskli deyil?  

Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq AYNA-dan bildirilib ki, qanunvericiliyə əsasən, taksi sürücüləri üçün minimum yaş həddi mövcuddur, lakin maksimum yaş həddi nəzərdə tutulmayıb:

“Yaşı 21-dən yuxarı, sürücülük vəsiqəsi və sertifikatı olan şəxslər taksi sürücüsü kimi fəaliyyət göstərə bilərlər”, - deyə qurumdan qeyd olunub.

Bildirilib ki, taksi minik avtomobili ilə sərnişindaşıma fəaliyyəti yalnız müvafiq icazə və sənədlər - buraxılış vəsiqəsi və buraxılış kartı əsasında həyata keçirilə bilər:

“Nazirlər Kabinetinin 71 nömrəli Qərarına əsasən, sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılar, onların avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, həmçinin sürücülərin reysqabağı tibbi müayinədən keçməsini təmin etməlidirlər”, - deyə bildirilib.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO