Bakıda 17 yaşlı yeniyetmə taxta UDDU – FOTO

Bakıda 17 yaşlı yeniyetmə taxta UDDU – FOTO

Hazırda oxunan: Bakıda 17 yaşlı yeniyetmə taxta UDDU – FOTO

576749

Bakıda 17 yaşlı yeniyetmə taxta udaraq qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, təkrarlanan qusma və hipertermiya şikayətləri ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.

Bu barədə Bizim.Media-ya KTM-dən məlumat verilib.

Bildirilib ki, müayinələr nəticəsində xəstəyə peritonit diaqnozu qoyulub və əməliyyatönü hazırlıqdan sonra təxirəsalınmaz cərrahi müdaxilə aparılıb. Nazik bağırsaq seqmentinin rezeksiyası, yoğun bağırsağın defektinin tikilməsi əməliyyatı icra olunub.
 

Əməliyyat zamanı nazik bağırsaqda, iliosekal küncdən 70–80 sm məsafədə, iki yerdə deşici (perforativ) zədələnmə müəyyən olunub. Bu perforasiyalara səbəb bağırsaq mənfəzində yerləşən iti və sərt yad cisim taxta parçası olub. Bundan əlavə, yoğun bağırsaqda da perforativ dəlik və bütün nazik bağırsaq boyunca mənfəz daxilində müxtəlif ölçülü, iti uclu, sərt yad cisimlər aşkarlanıb.


Uğurlu cərrahi müdaxilə və 8 günlük stasionar müalicə nəticəsində xəstənin vəziyyəti kafi qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO