Sumqayıt avtobuslarının kartla ödənişə keçəcəyi TARİX AÇIQLANDI – RƏSMİ/ÖZƏL

Sumqayıt avtobuslarının kartla ödənişə keçəcəyi TARİX AÇIQLANDI – RƏSMİ/ÖZƏL

Hazırda oxunan: Sumqayıt avtobuslarının kartla ödənişə keçəcəyi TARİX AÇIQLANDI – RƏSMİ/ÖZƏL

576622

Bir neçə il öncə Sumqayıtda sərnişin daşıyan avtobuslarda kart sistemi quraşdıırlsa da, yeniliyin tətbiqi uzun sürməyib.

Ödənişin nağdsız şəkildə ödənilməsinə tam olaraq 2021-ci ilin sentyabrında başlanılıb, yenilik cəmi 54 gün davam edib. Heç iki ay bitməmiş 200-dən çox avtobusda quraşdırılan validatorların yararsız olması səbəbindən nağdsız ödəniş sistemi ləğv edilib.

Üç ildən çoxdur ki, şəhər sakinləri gedişhaqqını köhnə üsulla ödəməyə davam edirlər.

Sakinlərin sözlərinə görə, şəhərdə fəaliyyət göstərən, xüsusilə, mərkəzdən şəhər kənarına hərəkət edən avtobuslar müasir standartlara cavab vermirlər.

Xatırladaq ki, oktyabrın 1-dən ictimai nəqliyyatda gedişhaqqı 50 qəpikdən 60 qəpiyə artırılıb.

Bu artım paytaxtda ödənişin “Bakıkart”la ödənildiyi və müasir tələblərə cavab verən yalnız elektrik və CNG yanacaq növlü avtobuslara aiddir.
 

Bəs hazırda durum necədir? Sumqayıtda fəaliyyət göstərən marşrut avtobuslarında gedişhaqqının kartla ödəmək nə zaman mümkün olacaq?


Məsələ ilə bağlı Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov Bizim.Media-ya deyib ki, ilin sonunadək Sumqayıtın avtobus parkı yenilənəcək:

“Bizə daxil olan məlumata görə, ilin sonunadək Sumqayıt şəhəri 100 CNG (sıxılmış təbii qaz) və elektriklə işləyən nəqliyyat vasitələri ilə təmin olunmalıdır. Yanvardan isə kart sistemi tətbiq olunacaq.

Gedişhaqqı ilə bağlı qərar Sumqayıtın heç bir marşrut avtobusuna aid edilməyib.

Çünki Sumqayıtda heç bir marşrut avtobusunda kart sistemi yoxdur və nəqliyyat vasitələri qeyd edilən standartlara cavab vermir. Bir sözlə, bu, dövlət səviyyəsində olan məsələdir.

Hazırda Sumqayıtda gedişhaqqı 50 qəpikdir. Yeni avtobuslar gəldikdə və kart sistemi qurulduqda sərnişinlərin kartından gedişhaqqı avtomatik olaraq 60 qəpik çıxacaq”.

Günay Şahmar, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO