Oktyabrın 7-də evdən bibisi oğlu ilə görüşmək adı ilə çıxan və həmin gündən itkin düşmüş kimi qeydə alınan Seymur İsmayılovun Samur-Abşeron kanalına düşdüyü məlum olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, iki gün öncə Taxtakörpü su anbarından tapılan meyitin DNT analizi ilə sübut olunaraq, Seymur İsmayılova məxsus olması təsdiqlənib.
MÖVZU İLƏ BAĞLI:
“Taxtakörpü” su anbarından meyit tapıldı
Bu barədə ATV-də efirə gedən "Bizimləsən" verilişində də məlumat verilib. Aparıcı Zaur Baxşəliyev mərhumun anası ilə bağlantı quraraq ailəyə başsağlığı verib.
Faktı Quba rayon prokurorluğu araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.