Medianın İnkişafı Agentliyi və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində beynəlxalq tədris platforması olan “Euronews Academy”nin “TV və canlı jurnalistika” mövzusunda təlim proqramı fəaliyyətə başlayır.
Bizim.Media xəbər verir ki, ingilis dilində tədris olunacaq təlimdə iştirak üçün gənc jurnalistlər, jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin media sahəsinə marağı olan sonuncu kurs bakalavr və magistratura pilləsi tələbələri müraciət edə bilərlər.
Təlimlər “Euronews” telekanalının televiziya yayımı sahəsində böyük təcrübəyə malik mütəxəssisləri – “Euronews”un Astana bürosunun rəhbəri Bojan Brkiç və “Euronews”un Avropa İttifaqı üzrə baş müxbiri Sergio Kantonenin iştirakı ilə keçiriləcək.
Cari ilin noyabr ayının ikinci həftəsini əhatə edən layihə çərçivəsində “Televiziya xəbərlərinin hazırlanması”, “Televiziya reportajları və canlı yayım”, “Xəbər istehsalı (yayıma hazırlıq)”, “Kamera qarşısında danışmaq” və “Müsahibə” modulları istiqamətində tədris prosesi təşkil olunacaq.
Qeyd edək ki, kursu uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.
Təlim proqramına müraciət qəbulu 2025-ci il noyabrın 1-i 18:00-dək davam edəcək.
İştirak şərtləri və seçim meyarları: //www.euronews.com/academy-azerbaijan
Suallar üçün: [email protected]
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:16 / 21.10.2025
MEDİA və "Euronews"un birgə təlim proqramı başlayır
Hazırda oxunan: MEDİA və "Euronews"un birgə təlim proqramı başlayır
Hazırda oxunan: MEDİA və "Euronews"un birgə təlim proqramı başlayır
576455
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.