“60 yaşa çatanda arvadımıza deyirik ki, səni mənə ürcah edən belə-belə olsun”

“60 yaşa çatanda arvadımıza deyirik ki, səni mənə ürcah edən belə-belə olsun”

Hazırda oxunan: “60 yaşa çatanda arvadımıza deyirik ki, səni mənə ürcah edən belə-belə olsun”

576339

“Azərbaycanda orta yaş 59-dur. Pensiya yaşını 59-dan yuxarı etmək düzgün deyil. Sovet dövründə hamısı dəqiq idi, hesablanırdı. İndi yalandan bir rəqəm deyirlər, guya adam çox yaşayır, yetmiş yaşdan yuxarı. Bir-iki adam bu yaşa qədər yaşayır, qalanlar hamısı əlli yaşda vəfat edir, heç pensiya yaşına çatmır. Adam 64 yaşında ölür, pensiya yaşı isə 65-dir. Bu yaşa qədər pensiya fonduna pul ödəyib axı. Bəs bu pulları kim yeyib? Yığılır qalır, kimə qalır? Mənə, ya sənə?”.

Bizim.Media xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında tanınmış həkim Rəşid Mahmudov deyib.

“Yaponiyada kişilərdə orta yaş həddi yüzdən yuxarıdır. Qadınlarda isə 98-dir. Çünki onlar bir-birilərini seviblər, yaşayıblar. Biz isə 60 yaşa çatan kimi arvadımıza deyirik ki, səni mənə ürcah edən belə-belə olsun. Çünki kişi özü arvadı sevməyib alıb, məcbur ediblər ki, get bu qızı al, o da alıb. Ən əsası, yaponlar sağlam yaşayıblar, bizim kimi yox. Onlar 102 yaşda 50 yaşdakı kimi görürlər...” - həkim bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO