Rusiyanın tanınmış ideoloqu Ramiz Mehdiyevin həbsindən yazdı: "Boz kardinalın süqutu..."

Rusiyanın tanınmış ideoloqu Ramiz Mehdiyevin həbsindən yazdı: "Boz kardinalın süqutu..."

Hazırda oxunan: Rusiyanın tanınmış ideoloqu Ramiz Mehdiyevin həbsindən yazdı: "Boz kardinalın süqutu..."

576190

Tanınmış rusiyalı politoloq, Qafqaz məsələləri üzrə ekspert Sergey Markedonov Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən təhlil yayıb.

Bizim.Media xəbər verir ki, ekspertin fikrincə, bu hadisə təkcə keçmiş “boz kardinal”la bağlı xəbər deyil, ölkənin siyasi elitasında gedən dərin transformasiyanın göstəricisidir.

Markedonov yazır ki, Prezident İlham Əliyevin qurduğu yeni idarəetmə modelində “köhnə qvardiyanın” rol və təsir imkanları artıq tükənib:

“Mehdiyev 24 illik fəaliyyətdən sonra 2019-cu ildə vəzifədən uzaqlaşdırılsa da, onun siyasi təsiri uzun müddət davam etdi. Lakin post-Qarabağ dövründə bu xətt artıq yükə çevrildi. Yeni reallıqlarda Azərbaycanı idarə etmək üçün fərqli düşüncə, çevik komanda və müasir yanaşma tələb olunur.”

Ekspert vurğulayır ki, Ramiz Mehdiyevin ətrafında gedən istintaq və diskussiyalar əslində, Azərbaycanın yeni siyasi fazaya keçidinin təzahürüdür:

“Söhbət təkcə bir şəxsdən yox, bütöv sistemin yenilənməsindən gedir. Köhnə təsir mərkəzləri tədricən arxa plana keçir, 1990-cı illərin regional monopoliyaları isə öz gücünü itirir.”

Markedonov İlham Əliyevin bu prosesdə liderlik rolunu xüsusi qeyd edir:

“Əliyev daxili siyasətdə raket kimidir — onu orbitə çıxaran köhnə pillələri bir-bir geridə qoyur. Yeni mərhələdə bu raket artıq öz orbitindədir və köhnə dayaqlara ehtiyac duymur.”

Analitiklər hesab edirlər ki, Ramiz Mehdiyevin həbsi Azərbaycanın siyasi tarixində mühüm dönüş nöqtəsidir — bu, yalnız bir şəxsin süqutu deyil, yeni siyasi nəsil və idarəetmə fəlsəfəsinin yüksəlişidir.
 

Sergey Markedonov — Rusiyanın tanınmış politoloqu, tarixçi və Qafqaz regionu üzrə aparıcı ekspertlərindən biridir. O, Moskva Dövlət Humanitar Universitetinin professoru, həmçinin Rusiya Beynəlxalq Münasibətlər Şurasının (RIAC) eksperti kimi fəaliyyət göstərir.


Markedonov uzun illərdir Cənubi Qafqaz, postsovet məkanı və etnopolitik münaqişələr mövzularında araşdırmalar aparır, Rusiya, ABŞ və Avropa mətbuatında mütəmadi analitik məqalələrlə çıxış edir. Onun araşdırmaları, xüsusilə, Azərbaycan, Ermənistan və Gürcüstan siyasətinə obyektiv yanaşması ilə fərqlənir. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO