"WhatsApp"da yeni məhdudiyyətlər tətbiq ediləcək

"WhatsApp"da yeni məhdudiyyətlər tətbiq ediləcək

Hazırda oxunan: "WhatsApp"da yeni məhdudiyyətlər tətbiq ediləcək

576167

"WhatsApp" messencerinin tərtibatçıları ("Meta Platforms Inc.") spam əleyhinə tədbirləri gücləndirmək üçün işləri davam etdirirlər.

Bizim.Media xəbər verir ki, bu barədə "TechCrunch" məlumat yayıb.

Belə ki, platforma istifadəçilərin və biznes hesablarının rəy almadan kontaktlara göndərə biləcəyi mesajların həcmini məhdudlaşdırmaq niyyətindədir.
 

Məlumata görə, yaxın gələcəkdə naməlum kontaktlara ünvanlanan bütün mesajlar yeni aylıq limitlə məhdudlaşdırılacaq. Göndərən öz mesajına ən azı bir cavab alan kimi bu limit qaldırılacaq. Limitin dəqiq parametrləri hələ açıqlanmasa da, şirkət müxtəlif variantları sınaqdan keçirir.


Mövcud məlumatlara görə, bu dəyişiklik yaxın həftələrdə bir neçə ölkədə test rejimində yayılmağa başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO