Baş Dövlət Yol Polisindən sürücülərə MÜRACİƏT

Baş Dövlət Yol Polisindən sürücülərə MÜRACİƏT

Hazırda oxunan: Baş Dövlət Yol Polisindən sürücülərə MÜRACİƏT

575929

Çoxillik müşahidələr göstərir ki, adətən həftəsonu respublika əhəmiyyətli avtomobil yollarda hərəkət intensivliyi nəzərəçarpacaq dərəcədə artırır.

Nəqliyyat axınının tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülsə də, təəssüf ki, bəzən sürücülərin tələskənliyi, diqqətsizliyi səbəbindən məhz bu günlərdə daha ağır yol-nəqliyyat hadisələri qeydə alınır.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciətində bildirilib.
 

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu, xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək onları nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, sürət rejiminə, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yol və hava şəraitini nəzərdən qaçırmamağa çağırır.


“Unutmayaq ki, yol hərəkəti zamanı intizamlı olmaq özümüzə və başqalarına verdiyimiz dəyərdir!”, - deyə müraciətdə qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO