Elektron siqaret Covid-19 riskini ARTIRIR

Elektron siqaret Covid-19 riskini ARTIRIR

Hazırda oxunan: Elektron siqaret Covid-19 riskini ARTIRIR

575927

Elm adamları xəbərdarlıq edir: Elektron siqaret istifadəsi həm Covid-19-a yoluxma riskini artırır, həm də xəstəliyin gedişatını ağırlaşdırır.

Bizim.Media xəbər verir ki, dünya üzrə aparılan son araşdırmalar göstərib ki, elektron siqaret (vaping) istifadəsi ağciyərlərdə ikiqat zərər yaradır və xüsusilə Covid-19 infeksiyası keçirmiş şəxslərdə sağalma prosesini ləngidir.
 

“The Conversation” üçün məqalə qələmə alan professor Keith Rochfort, Covid-19-a yoluxan və ya xəstəlikdən yeni sağalan şəxslərin elektron siqaretdən dərhal imtina etmələrinin vacibliyini vurğulayıb.


Onun sözlərinə görə, vaping ağciyərlərin bərpasını çətinləşdirir və uzunmüddətli tənəffüs problemlərinə gətirib çıxara bilər.

Ağciyərlərdə ikiqat zərər mexanizmi

Mirror nəşrinin məlumatına əsasən, elektron siqaret istifadəsi qan damarlarının daxili səthində iltihab yaradır. Covid-19 infeksiyası isə ağciyərləri enflamatuar molekullarla doldurur.

Bu iki təsir birlikdə ağciyər kapilyarlarını zəiflədir, hava kisəciklərinə (alveollar) maye sızmasına səbəb olur və oksigen mübadiləsini çətinləşdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO