Paytaxt sakini Xəqani Qasımov Rusiyaya getmək istəyərkən adının 5 şirkətdə təsisçi kimi keçdiyini və 54.441 manat vergi borcu olduğunu öyrənib.
Bizim.Media xəbər verir ki, şəhid qardaşı olan X. Qasımov vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulduğunu, aldığı 950 manatlıq biletin isə batdığını deyib.
O bildirib ki, illər əvvəl işə düzəltmək adıyla bir neçə sənədə qol çəkdirilib və şəxsiyyət vəsiqəsi əlindən alınıb. Bundan xəbərsiz olan Xəqani Qasımov illərlə arabaçı kimi çalışıb.
Dövlət Vergi Xidmətindən bildirilib ki, başqa şəxsin adına “VÖEN” açmaq qanunsuzdur. Bunun üçün vətəndaşın özü müraciət etməli və ya rəsmi etibarnamə verməlidir.
Hazırda o məsələ ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşdığını, lakin vəkil tutmağa imkanı olmadığını deyib.
Daha ətraflı “Xəzər Xəbər”in materialında:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:28 / 18.10.2025
Bazarda arabaçı işləyən şəxsin 5 şirkəti var – VİDEO
Hazırda oxunan: Bazarda arabaçı işləyən şəxsin 5 şirkəti var – VİDEO
Hazırda oxunan: Bazarda arabaçı işləyən şəxsin 5 şirkəti var – VİDEO
575896
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.