Heydər Əliyevin izi ilə - Xaçmazda suverenlik konfransı - FOTO

Heydər Əliyevin izi ilə - Xaçmazda suverenlik konfransı - FOTO

Hazırda oxunan: Heydər Əliyevin izi ilə - Xaçmazda suverenlik konfransı - FOTO

575800

“Konstitusiya və Suverenlik ili” çərçivəsində Baş Prokurorluğun təşəbbüsü ilə Xaçmazda “Konstitusiya və Dövlət Suverenliyi: Hüquqi Aspektlər və Çağırışlar” mövzusunda konfrans keçirilib. 

Konfrans Heydər Əliyev Mərkəzində baş tutub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbiri giriş sözü ilə Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov açaraq, bu günkü tədbirin 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü ərəfəsində keçirilməsinin rəmzi əhəmiyyət daşıdığını bildirib.

Konfransda dövlət qurumlarının nümayəndələri, QHT-lər, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardından Dövlət Himni səsləndirilib.
 

Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rəisi Orxan İsayev çıxışında Konstitusiya prinsiplərinin qorunmasında prokurorluğun funksional rolunu vurğulayıb. Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov isə çıxışında Azərbaycan Ordusunun dövlət suverenliyinin təmin olunmasındakı rolundan və informasiya təhlükəsizliyi sahəsində görülən işlərdən danışıb.


Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxışında rayonda hüquqi maarifləndirmə işlərinin davamlı xarakter aldığını vurğulayıb. Rayon prokuroru Rəşad Məmmədov isə çıxışında prokurorluq orqanlarının dövlət suverenliyinin qorunmasında üzərinə düşən vəzifələrdən danışıb. “Dövlət suverenliyinin və konstitusiya dəyərlərinin qorunmasında medianın rolu” mövzusunda çıxış edən ARB Günəş və ARB Şimal televiziyalarının direktoru Məhsim Məhsimov medianın hüquqi maarifləndirmə və ictimai nəzarət baxımından mühüm vasitə olduğunu qeyd edib.

Konfrans çərçivəsində çıxış edən Xaçmaz sakini, Qarabağ müharibəsi veteranı Sabir Məmmədov 1994-cü ildə Füzuli-Horadiz istiqamətində hərbi hissələrdə xidmət zamanı Prezident Heydər Əliyevlə görüşünü və həmin tarixi görüşlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Kənan Zeynalov, həmçinin, “Konstitusiya və Suverenlik ili” çərçivəsində həyata keçirilən hüquqi maarifləndirmə tədbirləri və ictimaiyyətlə əlaqələrin əhəmiyyətindən bəhs edib.

Konfransın sonunda “Xalqın adamı” adlı sənədli film nümayiş olunub və tədbir iştirakçıları ilə xatirə fotosu çəkilib.






















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO