Evdə it-pişik saxlayanların DİQQƏTİNƏ – Cərimələnə bilərsiz

Evdə it-pişik saxlayanların DİQQƏTİNƏ – Cərimələnə bilərsiz

Hazırda oxunan: Evdə it-pişik saxlayanların DİQQƏTİNƏ – Cərimələnə bilərsiz

575790

İri şəhərlərdə, xüsusilə də Bakıda mənzillərdə ev heyvanı saxlamaq istəyən sakinlərin sayı artmaqdadır. Artıq şəhərin küçələrində ayağı papışlı, əyni gödəkcəli itlər çoxalır – körpə uşaq kimi qucaqdan düşmürlər. Heyvanlara artan maraqla evlərdə də onların sayları çoxalır, hətta ailə üzvü kimi qəbul edilir. Amma birinin “ailə üzvü” digərini narahat edirsə, onda vəziyyət dəyişir.

Bina evində it və pişiklərin sayının çoxluğu, onların səsinin və qoxusunun da çoxluğu deməkdir ki, bu da qonşuları narahat etməyə bilməz. Sosial şəbəkələrdə və bəzi media resurslarında belə iddia var ki, çoxmərtəbəli binalarda it və pişiklərin saxlanması ilə bağlı say məhdudiyyətləri tətbiq olunur — məsələn, yalnız 1 it və 2 pişiyə icazə verilir.

Bu qaydalar nə ilə əsaslandırılır və necə tətbiq olunur?

Hüquqşünas Rəşid Cəfərov Bizim.Media-ya bildirdi ki, iddialar doğrudur, İnzibati Xətalar Məcəlləsinə əsasən 1 it və yaxud 2 pişik saxlamağa icazə verilir. Ona görə də it və pişiklərin balalarını sığınacağa təhvil vermək, ya da başqasına hədiyyə etmək lazım gəlir. Çünki say həddinin pozulması inzibati xəta sayılır və buna görə vətəndaş 200 manat məbləğində cərimələnə bilər.

“Yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları” – Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli, 38 nömrəli qərarı ilə tənzimlənir.  

 

Bu Qaydalar ev heyvanlarının saxlanması şərtləri, heyvan sahibinin hüquq və vəzifələri, baytarlıq, sanitar‑epidemioloji və yerli icra hakimiyyəti orqanlarının nəzarəti məsələlərini tənzimləyir. Ev heyvanları saxlayan şəxslər insanlara narahatlıq yaratmamalı və onların sağlamlığını qorumağa borcludurlar. Xüsusən iri cins itlərin saxlandığı mənzillərin qapılarına it şəkli və “təhlükəlidir” sözü yazılmış lövhələr vurmalıdırlar”.


Qeyd edək ki, heyvan sahiblərinin bu qaydalara əməl etmələrinə nəzarəti  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və yerli icra hakimiyyəti orqanları həyata keçirir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO