Göyçayda avtomobil su kanalına aşıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Dövranlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, minik maşını kənd ərazisindən keçərkən yoldan çıxaraq Şirvan kanalına aşıb. Kənd sakinləri kanaldan sürücü Talıbov Habil Məhəmmədəli oğlunun meyitini çıxarıblar.
Qeyd edək ki, suda batan Dövranlı kənd sakini ailəli olub, üç övladı var.
Bizim Media, Aran bürosu