2001-ci ildə dünyaya gələn qadının doğum faktı indi qeydə alınacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Yevlax Rayon Məhkəməsi qərar qəbul edib.
Belə ki, ərizəçi məhkəməyə müraciət edərək bildirib ki, 2001-ci ildə Yevlax şəhərində ev şəraitində övladı olub.
Qızını ev şəraitində dünyaya gətirdiyindən onun doğum akt qeydi aidiyyəti üzrə qeydiyyat şöbəsində qeydiyyata alınmayıb. Hazırda qızı ailə həyatı qurub və ana olmaq ərəfəsindədir. Məhkəməyə müraciət etməmişdən əvvəl, o, aidiyyəti üzrə müraciət edib. Lakin müvafiq qurumdan imtina məktubu verilərək məhkəməyə müraciət etməsi tövsiyə edilib.
Yevlax Rayon Məhkəməsinin qərarı ilə ərizəçi 2001-ci il tarixdə bir qız uşağının doğması faktı müəyyən edilib.
Bizim.Media