Tovuzda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Bizim.Media-ya Tovuz rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-ci il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1993-cü il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə özünə qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi baslanaraq ibtidai istintaq aparılır.
Bizim.Media