Xaçmaz meşəsinin sağlam ağacları niyə MƏHV edilir? -VİDEO

Xaçmaz meşəsinin sağlam ağacları niyə MƏHV edilir? -VİDEO

Hazırda oxunan: Xaçmaz meşəsinin sağlam ağacları niyə MƏHV edilir? -VİDEO

575652

Xaçmaz rayonunun Nağıoba və Kiçik Baraxum kəndləri ərazisindəki meşə massivinə irəlilədikcə palıd və ağcaqayın cinsindən olan, bəzən bir-bir, bəzən də iki-iki kəsilmiş ağacların olduğunu müşahidə etdik. Mütəxəssis olmasaq da, kötüklərin görünüşünə əsasən ağacların sağlam olduğu qənaətinə gəldik.

Müşahidələrimiz nəticəsində 10-dan artıq ağacın kəsildiyinin şahidi olduq. Yerli sakinlər isə kamera qarşısında danışmaqdan çəkinmələrinə baxmayaraq, meşələrdə hər il kəsimlərin baş verdiyini təsdiqlədilər.

Bu fakt bizə bir gerçəyi də xatırlatdı: kəndlərin qazlaşmaması problemini...

Qeyd edək ki, Nağıoba kəndinə ötən ilin noyabrında qaz verilsə də, evlərin kupça sənədləri qaydasında olmadığından yalnız 7-8 evdə qazdan istifadə edilir. Qonşu Kiçik Baraxum, Sibiroba və Hacı Abrahmanoba kəndlərində isə ümumiyyətlə mavi yanacaq yoxdur.
 

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya bildirilib ki, Xaçmaz rayonunun Nağı Oba və Kiçik Baraxum kəndləri ərazisində ağackəsilmə faktı üzrə Rayon Polis Şöbəsində prosessual araşdırma aparılır. Araşdırmanın nəticələri ilə bağlı hüquqi tədbirlər görüləcək.


Ətraflı videosüjetdə:


Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO