Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən, noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir.
Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur", məlumatda deyilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:28 / 16.10.2025
Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parada hazırlıq məşqləri KEÇİRİLİR
Hazırda oxunan: Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parada hazırlıq məşqləri KEÇİRİLİR
Hazırda oxunan: Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parada hazırlıq məşqləri KEÇİRİLİR
575626
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.