Xankəndidə Forum keçirilir - 60-dan çox ölkədən rəsmilər gəlib

Xankəndidə Forum keçirilir - 60-dan çox ölkədən rəsmilər gəlib

Hazırda oxunan: Xankəndidə Forum keçirilir - 60-dan çox ölkədən rəsmilər gəlib

575368

Xankəndidə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşkilatçılığı ilə “III Azərbaycan Milli Şəhərsalma Forumu” keçirilir.

Bizim.Media xəbər verir ki, Forum “İqlimədavamlı və sağlam şəhərlər naminə: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusuna həsr olunub və 2026-cı ildə Bakıda baş tutacaq 13-cü Dünya Şəhər Forumuna (WUF13) aparan yolun bir hissəsi kimi nəzərdə tutulur.

Ümumilikdə 15-17 oktyabr tarixlərində keçiriləcək Forum Xankəndi – Bakı formatında təşkil olunur.
 

Məqsəd şəhərlərin iqlim dəyişikliklərinə davamlılığını artırmaq, sağlam və inklüziv urban inkişaf strategiyalarını təşviq etmək, həmçinin Qarabağ regionunun bərpası və dayanıqlı inkişafı üzrə beynəlxalq tərəfdaşlıqları gücləndirməkdir.


Qeyd edək ki, Forumda hökumət nümayəndələri ilə yanaşı, 60-dan çox ölkədən xarici rəsmilər iştirak edirlər. (Apa.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO