Bu gün saat 19:30 radələrində qatar Qovlar-Tovuz sahəsində hərəkətdə olarkən qatarın qarşısına qəflətən insan çıxıb.
Bu barədə Bizim.Media-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.
Qeyd edilib ki, maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb, dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edən həmin şəxs dünyasını dəyişib.
ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.
Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:29 / 14.10.2025
Tovuzda dəmir yoluna çıxan kişi qatarın altında qalıb öldü
Hazırda oxunan: Tovuzda dəmir yoluna çıxan kişi qatarın altında qalıb öldü
Hazırda oxunan: Tovuzda dəmir yoluna çıxan kişi qatarın altında qalıb öldü
575305
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.