374 min manatlıq dələduzluqda ittiham edilən Mirsənan Mürsəlizadəyə HÖKM OXUNDU

374 min manatlıq dələduzluqda ittiham edilən Mirsənan Mürsəlizadəyə HÖKM OXUNDU

Hazırda oxunan: 374 min manatlıq dələduzluqda ittiham edilən Mirsənan Mürsəlizadəyə HÖKM OXUNDU

575293

Vətəndaşların etibarından sui-istifadə edərək onların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Mirsənan Mürsəlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən Mirsənan Mürsəlizadə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaq və məhkəmə materiallarına görə, Mirsənan Mürsəlizadə “biznesə sərmayə” və müxtəlif işlər adı altında ümumilikdə 374 min manat məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirib.
 

O, vurduğu ziyanın bir qismini ödəyib, həmçinin zərərçəkmişlərin bir neçəsi ondan şikayətçi olmayıb.


Mirsənan Mürsəlizadə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq — külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunaraq məhkum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO