Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində avtomobildə yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus “Range Rover” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənərək digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:03 / 14.10.2025
Bakıda “Range Rover” yandı – VİDEO
Hazırda oxunan: Bakıda “Range Rover” yandı – VİDEO
Hazırda oxunan: Bakıda “Range Rover” yandı – VİDEO
575149
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.