Bu gün Abşeron rayonunun Masazır qəsəbəsində yanğın olub.
Bizim.Media xəbər verir ki, hadisə "Kaya" restoranında qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti bildirib ki, yanğın bu gün saat 7:00-da restoranın mətbəx hissəsində baş verib:
"Masazır qəsəbəsi ərazisində restoranın mətbəxində yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb”.
Bizim.Media