İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, oktyabr ayının 10-da dövlət DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 12 kiloqram 660 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Məlumatda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirildiyi də vurğulanıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:07 / 13.10.2025
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər – FOTO
Hazırda oxunan: İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər – FOTO
Hazırda oxunan: İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər – FOTO
575028
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.