Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində birtərəfli hərəkət təşkil edildi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində birtərəfli hərəkət təşkil edildi – VİDEO

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində birtərəfli hərəkət təşkil edildi – VİDEO

574736

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Tələt Şıxəliyev küçəsində birtərəfli hərəkət təşkil edib.

Bizim.Media AYNA-ya istinadən xəbər verir ki, vətəndaşlardan daxil olan müraciətlər əsasında AYNA-nın mütəxəssisləri təhlillər aparıb, yolun həndəsi ölçüləri, parklanma tələbatı və hərəkət intensivliyi öyrənilib.

Monitorinq nəticəsində ərazidə nəqliyyatın qarşı-qarşıya hərəkətində çətinlik yarandığı müəyyən edilib.

Sözügedən ərazidə yaşayan sakinlərin parklanma tələbatı, nəqliyyat intensivliyi və yolun həndəsi ölçüləri nəzərə alınıb, T.Şıxəliyev küçəsində Xətai prospektindən Təbriz küçəsi istiqamətində hərəkətin birtərəfli olması məqsədəuyğun hesab edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO