“Sputnik Azərbaycan”ın icraçı direktoru azadlığa BURAXILDI

“Sputnik Azərbaycan”ın icraçı direktoru azadlığa BURAXILDI

Hazırda oxunan: “Sputnik Azərbaycan”ın icraçı direktoru azadlığa BURAXILDI

574519

“Sputnik Azərbaycan”ın Bakıda saxlanılan icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov "Kommersant.ru"ya açıqlamasında bildirib.

Uşakov qeyd edib ki, sözügedən qərar Vladimir Putinlə İlham Əliyevin Düşənbədə keçirilən görüşü ərəfəsində verilib.

Bundan əlavə, Rusiya tərəfi Rusiya ərazisində saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib.

Xatırladaq ki, Kaartavıx bu ilin iyununda Azərbaycan Daxili İşlər Nazirliyinin “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) ofisində keçirdiyi əməliyyat çərçivəsində saxlanılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO